Bir ailənin 5 üzvü xəsarət aldı - ŞAMAXIDA AĞIR QƏZA

Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində, Şamaxı rayonu ərazisində ağır avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayonu Zeybət kənd sakini, 82 yaşlı Nəsib Babayev "VAZ 21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb.

 

Hadisə zamanı avtomobildə olan bir ailənin 5 üzvü – 82 yaşlı Nəsib Babayev, 27 yaşlı Solmaz Babayeva, 1 yaşlı Məhəmməd və onun azyaşlı bacısı, eləcə də uşaqların nənəsi xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv