Bir ailənin 8 üzvü öldürüldü

Rusiyanın ilhaq etdiyi “Donetsk Xalq Respublikası”nın Makeevka şəhərində 1 ailənin 8 üzvü, o cümlədən 4 azyaşlı qətlə yetirilib.

Yerli polis əməkdaşları cinayəti törədən və əvvəllər məhkum olunmuş 3 Rusiya vətəndaşını saxlayıb.

 

Onların cinayəti tamah məqsədi ilə törətdiyi bildirilir.

Faktla bağlı “iki və daha çox şəxsin qətli” maddəsi ilə cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv