Bir ailənin 9 üzvü borca görə özünü öldürdü
Hindistanda, Maharaştra ştatında doqquz nəfər evdə ölü tapılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, ölənlərin hamısı Vanmor ailəsinin üzvləridir.
Cəsədlər Vanmor qardaşlarına məxsus iki evdə tapılıb. İntihar edənlər 15-72 yaş arasında olub.
Məlumata görə, ailə üzvləri borca görə intihar etməyə qərar veriblər.
Polis ailənin maddi sıxıntısı olduğunu təsdiq edib.
Onların zəhər içərək intihar etdiyi bildirilir.