Bir ailənin aylıq dolanışığı üçün neçə manat lazımdır?

Bir ailənin yaşaması üçün ayda neçə manat lazımdır?

 

APA TV şəhər sakinləri arasında sorğu keçirib. Sakinlər deyir ki, 5 nəfərlik ailə üçün ayda təxminən 500, 600 manat xərclənir ki, o da heç çatmır.

 

Əməkdaşlarımız bazarda satıcılarla söhbətləşib. Satıcılar qiymətlər haqqında məlumat verib.

 

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə isə, pandemiyadan sonra ümumiyyətlə dünya üzrə bahalaşma var: “Qiymətlər sürətlə qalxır. Ərzaqla bağlı çox ciddi çatışmazlıqlar var. Biz də tam ərzaqla özümüzü təmin edə bilmirik. Baxmayaraq ki, ərzaq təhlükəsizliyi ilə bağlı proqramımız da var. Amma müəyyən ərzağı xaricdən idxal edirik. Bəli biz gələn il üçün yenidən pensiya və müavinətləri artırırıq, amma qiymət siyasətini düzgün qura bilməsək qiymət hər zaman pensiyanı üstələyəcək. Baxmayaraq ki, inflyasiya 4 faiz nəzərdə tutulub, bu rəqəmdir real həyatda isə başqa rəqəmdir. Yəni qiymət siyasətində müəyyən dəyişikliklər aparmalıyıq”.

 

Deputat ərzaq və gündəlik tələbat mallarının yuxarı həddini müəyyən etmək lazımdır: “Yəni bu həddən yuxarı müəyyən etmək olmaz. Dövlət ehtiyat yaratmalıdır. Əgər bazarda hansı bir ərzaqla balı problem yaranırsa o , ərzağı buraxmalıdır bazara qiymət stabilləşməlidir. Bu praktika dünya dövlətlərində var”.

 

O, ki qaldı bir ayın dolanışığı probleminə, deputat deyir ki, əhalinin dolanışığında problem var. Ciddi problem var. İndi yaşayış minimum 250 dən 300 manata qaldırılır. 300 manatla indiki kommunal xidmətlər və xərcləri ödədikdən sonra əhaliyə çox az vəsait qalır. Əhalinin normal dolanması üçün 500-600 vəsaiti olmalıdır”.

 

İqtisadçı ekspert Rəşad Həsənov orta hesabla bir Azərbaycan vətəndaşının  istehlak xərcləri məqsədi ilə təxminən orta göstəricisi 300 manatdır: “ Bu rəsmi hesablamalardır. Hər kəs bilir ki, 10 faiz zəngin təbəqənin xərcləməsi orta hesabla 550 manat deyil, orta hesabla orta azərbaycanlı öz xərcinin 60 faizini ərzağa xərcləyir. Əgər vətəndaş kirayə yaşayırsa xərclər 300-600 manat arası dəyişir”.

 

Ekspert deyir ki, 1 aylıq dolanışıq 750 -1000 manat arası dəyişir.

 

Müəllif | Apa.Tv
Apa.tv