Bir ailənin üç üzvü göbələkdən zəhərləndi

Zaqatalada bir ailənin üç üzvü göbələkdən zəhərlənib.

APA TV-nin məlumatına görə,  hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakinləri, bir ailənin üzvüləri 1968-ci il təvəllüdlü Mahir Hudul oğlu Kələşov, onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Leyla Vəli qızı Kələşova və övladları 2008-ci il təvəllüdlü Məhəmməd Mahir oğlu Kələşov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinə və araşdırma zamanı ailə üzvülərinin göbələkdən zəhərləndiyi məlum olub. Kələşovlar ailəsinin üzvülərinə Zaqatala RMX-da  lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib.

Kələşovlar ailəsi tam müayinə edilmək üçün Bakıya Respublika Toksikalogiya Mərkəzinə göndərilir.

Müəllif | Apa.Tv
Apa.tv