Bir ailənin üç üzvü yaralandı, biri öldü - HACIQABULDA AĞIR QƏZA
Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb, daha bir üzvü hadisə yerində ölüb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
"Mercedes ATEKO" markalı yük avtomobilinin "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində sərnişin, Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Zirəddin Hüseynov hadisə yerində ölüb.
Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Sədaqət Hüseynova, 1953-cü il təvəllüdlü Vaqif Hacıyev və sürücü 1995-ci il təvəllüdlü Elşən Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.