Bir gecədə iki dəhşətli olay
Şəmkirdə bir gecədə 2 yanğın hadisəsi olub.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, yanğın gecə saatlarında rayonun Əliyaqublu kəndində qeydə alınıb. Kənd sakini 1967-ci il təvəllüdlü Cəmilə Məmmədovaya məxsus 100 Kv metr olan fərdi yaşayış evində yağın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən avtomobili və 15 -ə yaxın canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ev əşyaları ilə birlikdə yanaraq kül olub. Yanğın söndürənlər qısa zamanda yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin yanmış meyit aşkarlanıb.
Digər yanğın hadisəsi isə rayonun Dəllər qəsəbəsində eyniadlı stansiyasında qeydə alınıb. Dəmiryolu stansiyasında hərəkətdə olmayan Azərbaycan Dəmir Yolları QSC-nin Sanqaçal stansiyasına məxsus vaqon yanmağa başlayıb. Ərzaiyə Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb. Alov yanğından mühafizə hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb, vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktlarla bağlı araşdırmalara başlanıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Şəmkir