Bir gündə 3 yerdə toy keçirilməsinin qarşısı alındı - TOVUZDA

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis Şöbəsinə İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, 31 nəfər saxlanılan şəxs barəsində protokol tərtib edilərək 200 manat miqdarında cərimə ediliblər

Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkar edilib. Polis əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarına koronovirus infeksiyası barədə məlumat verilərək bu tip addımlarla həm özlərinin, həm digərlərinin həyatlarının təhlükəyə atılması xatırladılıb. Bununla bərabər mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. 40-dan artıq kənd sakininin heç bir sosial məsafə gözləmədən, xüsusi qoruyucu vasitələrdən istifadə etmədən toy çadırına toplaşmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Mərasim barəsində qanunamüvafiq tədbir görülüb, iştirakçılar inzibati məsuliyyətə cəlb ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv