Bir neçə gündür axtarışları davam edən azyaşlı qızın meyiti tapılıb – APA
Kür çayının Ağcabədi rayonundan keçən hissəsində batan və bir neçə gündür axtarışları davam edəm azyaşlı qızın meyiti tapılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, 9 gün öncə Kür çayında atası ilə batan qızın meyiti çayın Zərdab rayonunun, Qoruqbağı kəndindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Azyaşlı qızın atasının meyiti isə 2 gün öncə Kür çayının Zərdab rayonunun, Pərvanlı kəndindən keçən hissəsində, batdıqları yerdən təqribən 7-8 km uzaqlıqda FHN-nin əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Qeyd edək ki, 12 Aprel 2024-ci il axşam saatlarında Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində nəzarətsiz qalan azyaşlı, 2018- ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlı suya düşüb. Azyaşlının atası, 1993-ci il təvəllüdlü Vaqif Süleymanlı qızını xilas etmək istəyərkən özüdə suda batıb. Hadisədən dərhal sonra ata və qızın batdığı ehtimal olunan ərazilər FHN -nin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional qüvvələri tərəfindən axtarış -xilasetmə əməliyyatı həyata keçirilib. Zahid Abışov. Devran Əsgərov.