Bir neçə nəfər birləşib, sürücünün BOĞAZINI KƏSDİ
Bakıda qətl törədilib.
Hadisə paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakıxanov qəsəbəsində avtomobillə yolun kənarında dayanmış Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları Hövsan qəsəbəsinə aparmalarını xahiş ediblər. Ünvana çatan zaman isə sürücü ilə sərnişinlər arasında dava düşüb.
Dava zamanı sərnişinlərdən biri sürücünün boğazını kəsərək qətlə yetirib.
Hadisədən sonra cinayət törətmiş şəxslər avtomobili götürüb qaçıblar. Qətlə yetirilən şəxs tikintidə fəhlə işləyirmiş. Onun bir azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.