Bir qrup Ağdam sakininin ilk dəfə doğma şəhərinə səfəri təşkil olunub

Bu gün Ağdamın bir qrup sakini 28 illik həsrətdən sonra doğma yurdlarına səfər edib. Uzun illərin həsrətinə bu gün son qoyulub. Həmçinin Ağdam Cümə Məscidinin 28 il qorunub saxlanan açarları məscidə təhvil verilib. 

APA TV xəbər verir ki, Ağdama səfər edən 50  sakini ilk olaraq Azərbaycan Respublikası Prezdentinin işğaldan azad olan ərazilərin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Bundan sonra Ağdam sakinləri  İmarət stadionunu, Ağdam Dövlət Dram Teatrını və Ağdam Cümə məscidni ziyarət etdilər.

Daha sonra Ağdam Cümə Məscidində azan oxunub. 

Ağdamlılar doğma ata-baba yurdlarında  qəribə duyğular içindədirlər  . Sevinc, kədər, qürur.  Qarışıq emosiyalar ağdam şəhər sakini Arzu Aydınqızı viran qalmış evlərinin həyətində köçkünlük dövründə itirdiyi əzizlərinin qəbri üzərinə atmaq üçün torpaq götürüb. 

Səfər iştirakçıları sonda  Qiyaslı məscidində  və Şahbulaq qalasında olublar.

 



 

Müəllif | Apa.Tv
Apa.tv