Bir saatlıq bacısıgilə getdi, evini soydular - XƏZƏR RAYONUNDA
Bakının Xəzər rayonunda evdən oğurluq olub.
APA TV-nin xəbərinə görə, hadisə rayonun Südçülük sovxozu adlanan ərazisində qeydə alınıb.
Mirzəyeva Sevda Tofiq qızına məxsus evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxsin sözlərinə görə, oğurluq hadisəsi bu gün günorta saatlarında olub.
Ev sahibi deyir ki, paltosunun cibində olan 300 manat pul və 6000 manata yaxın qızıl-zinət əşyaları da oğurlanıb:
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.