Bir ton narkotik məhv edildi - AĞSUDA

Ağsu polisi 1 ton çətənə bitkisini məhv edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması məqsədilə "Xaş-xaş-2020" şərti adı ilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirib.

 

Nəticədə rayonun Ərəbmehdibəy kəndi ərazisində yerləşən “Köhnə kolxozun tut bağı” adlanan 2 hektar ərazisində 2600 ədəd və ümumi çəkisi bir ton olan yabanı halda bitərək yayılmış çətənə kolları aşkar edilib.

 

Həmin çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv