Bir vaxtların məşhur şirniyyatı niyə unuduldu? - RESEPTİ

Qobelon, Çəngürü, Vaz, Totem və.s. Qəribə səslənsə də, orta əsrlərdə nənə - babalarımızın istifadə etdiyi, toxuculuq dəzgahı, məişət, zinət – bəzək əşyalarının adlarıdır.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hazırda bu əşyalar Masallı Tarix Diyarşünaslıq muzeyində qorunur.  

Qobelon ipək parçadan, ipək saplarla toxunan və üzərində işlənən Şərq Bazarı illüstrasiyası nümayiş olunur. Burada dövlətlərin ticarət əlaqəsini göstərir.

Bu tarixi toxuculuq alətlərindən ən çox diqqət çəkən isə “VAZ”dır.  Vazın yuxarı hissəsində su tökmək üçün bir hissə, gövdə hissəsində dəlik var və iki qoldan ibarətdir. Bu qolların üzərində çıxıntılar, qanadlar həkk olunub. Bu da alətlə 3 nəfərin eyni zaman işləməsi üçündür.

Tarixi və maraqlı eksponatlardan biri də  Çəngürü tavasıdır. Bu tava gildən hazırlanıb və orta əsrlər dövrünə aiddir. Tava tapılarkən sınıq olub. Sonrada elmi bərpa mərkəz bərpaçılar tərəfindən bərpa edilib. Nənələrimiz bu tavada düyü unundan xüsusi şirniyyat bişiriblər.

Təəssüflər olsun ki, bu şirniyyat növü cənub bölgəsində daha bişirilmir.

Qeyd edək ki, Masallı Tarix diyarşünaslıq muzeyinin fondunda   bölgənin tarixini əks etdirən 9 mindən çox  dəyərli eksponat  qorunub saxlanılır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran

 

Müəllif | Apa.Tv
Apa.tv