Birdəfəlik ödəniş edilənlərin sayı 290 minə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik ödəmə (190 manat) ilə təmin olunması üçün müvafiq vəsaiti aidiyyəti üzrə köçürüb.
APA TV-nin xəbərinə görə, həmin kateqoriyalardan olan şəxslərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manatdır.
Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.
Birdəfəlik ödəmələrin verilməsi prosesi hər gün davam edir.