Biri bıçaq çıxarır, o biri şalvarını... - 282 saylı məktəbdə nə baş verir?

Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsilə bağlı məlumatlar yayılıb.

 

Hadisə ilə bağlı valideynlərdən biri, jurnalist Natiq Muxtarlı sosial şəbəkələrdə məlumat paylaşıb. O qeyd edib ki, məktəbin 7-ci sinfində təhsil alan şagird sinifdə şalvarını çıxarır, qızları küçə söyüşləri ilə təhqir edir, müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Valideynlər polisə müraciət etsələr də, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir.

 

Çəkliş qurupumuzla hadisə baş verən ünvana yollandıq. Dərs saatı olmasına baxmayaraq, ötən gün yaşanan problemlə bağlı məktəbin önündə qarışıqlıq idi.

 

Elə valideynlərdən öyrəndik ki, hadisəni Suraxanı rayonundakı 2 saylı internat evində qalan 7-ç sinfinin şagirdi törədib. Raminə Atabalayeva deyir ki, qızı məktəbin 10-cu sinif şagirdidir: “Bu məktəbdə baş verənlərdən də həm valideynlərin , həmdə direktorun xəbəri olur. İllərdi bu məktəbdə təhsil alan və uşaq evindən bura təhsilə göndərilən şagirlərlə bu problem yaşanır. Bu birinci hal deyil. Bu məktəbdə baş verən bütün problemləri də ordan gələn şagirdlər edir. Uşaqlarımızın çantalarından pul oğurlayırlar. Bundan başqa ordan gələn şagirdlər bufetin ayaqyolunun qarşısında dayanıb digər şagirdlərdən pul yığırlar, verməyəndə hədələyirlər hətta elə olub ki telefon belə oğurlayıblar. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara , polisə də məlumat vermişik , amma internat evinin uşaqlarının bir şüarı var ki, bizim arxamızda dövlət durur. Belə hadisələr burda tez-tez olur. Açığını desək o, uaşqlarla nə müəllimlər, nə derektor bacarmır”.

 

Çəkliş qurpuna mane olmağa çalışan digər bir valideyn isə 2 saylı internat evində durumun acınacaqlı olduğunu dilə gətirdi: “Gedin 2 saylı internatda çəkliş edin. Burda çəkliş etməyə nə var ki? Bilirsiz orda uşaqlar necə nəzarətdən kənar qalır? Bilirsizmi qızlar , oğlanlar orda nə oyundan çıxır? Siz niyə başa düşmürsüz ki, o uşaqlar tərbiyəsizdir. 2 saylı internat evində valideynin də dediyi kimi tərbiyəsizlik və əxlaqssızlıq var”.

 

Məktəbin önündə hadisəni törədən şagirdin qardaşı Əli Quliyevlə rastlaşdıq. O, hadisədən məlumatlı olduğunu dedi.

 

Əli təhsil ocağının direktoru ilə görüşmək ümidilə məktəbə gəldiyini söylədi və əlavə etdi ki, özü də bu məktəbin 9-cu sinif buraxılışından məzundur: “Qardaşim itaətsilik edə bilər, bunu inkar etmirəm. Amma məlumatlar da çox şişirdilib. Güya qardaşım müəllimi döyüb.  Bu orda tərbiyə alan bütün şagirlər arasında belədir, təkcə mənim qardaşımda deyil. Bu təkcə media çəkməyi ilə düzəlməyəcək gedib müraciət edəciyik, məsələni araşdırsınlar. Biz bunu inkar etmirik. Bununla bağlı məsul qurumlar araşdırıb nəticəni deyəcəklər. Məktəbdə bıçaqlanma hadisəsi birincə deyil, belə halllar burda olub. Bu məktəbdə neqativ hal təkcə bu deyil. Direktor dərsə gəlməyən 11 siniflərdən pul alır, çünki onlar repititor yanına gedir. Eyni zamanda məhz bu məktəbdə müəllimlərin şagirdi döyməsi ilə bağlı videosu da yaılıb”.

 

Yeniyetmə deyir ki, anası onları tək böyüdür və məhz bu səbəbdən də hər ikisi internat evində qalırlar: “Qardaşımla bağlı dünən anamı da məktəbə çağırıblar. O da burda olub. Hadisə onu da çox hiddətləndirib. Məni də diretor sizə görə qəbul etmədir. Mən özüm də 2 saylıda qalmışam. Ordakı uşaqlara da çətin tərbiyə olunan deməzdim, aamma nəzarət zəifdir. Müəllimlər təlim-tərbiyə vermirlər”.

 

282 saylı məktəbin təlim tərbiyə işləri üzrə diretor müavini İsmayıl İbrahimov nəhayət ki, 2 saat jurnalistləri məktəbin önünüdə gözlətdikdən sonra açıqlama verdi: “Məlumat üçün sizə deyim ki, 7-ç sinif şagirdi 2 saylı internat evində məskunlaşıb. Hazırda hadisənin təfəürratları  Bakı şəhəri üzrə Təhsil idarəsi və Suraxanı polisi tərəfindən araşdırlır. Bütün müvafiq təşkilatlar araşdırma aparır. Deyilən heç bir məlumatda yalan yoxdur. Uşaq məktəbə bıçaqla necə daxil olur?Bilirsiz necədir , o uşaq çox qəribə hərəkətlər edir”.

 

Fürsətdən istifadə edib 2 saylı internat məktəbində yaşayan və 282 saylı məktəbin digər siniflərində təhsil alan şagirdlərlə də görüşdük. Şagirdlər deyir ki, sözə baxmayanda cəzalandırırlar, güncə qoyurlar, əllərində stul saxlatdırırlar.

 

282 saylı məktəbin digər şagirdləri isə deyir ki, onların təhsil aldığı məktəbdə problemləri yalnız uşaq evindən gələnlər yaşadır:

 

Belə, tərəfləri dinlədik. Çalışdıq ki, gördüklərimizi və lentə aldıqlarımızı siz də olduğu kimi izləyə biləsiz.

 

Hazırda DİN 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar aparırı.

Bildirilir ki, neqativ halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv