Biri dəm qazından, digəri qidadan zəhərləndi - BALAKƏNDƏ
Balakən sakinləri dəm qazından və qidadan zəhərləniblər.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, noyabrın 30-u axşam saatlarında rayonun Qazbinə kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Yaşaq qızı Qasımova yaşadığı ünvanda vanna otağında dəm qazından, Mahmalar kənd sakini, 1996-cı il təvəllüdlü Aytəkin Bayram qızı Göylərova isə qidadan zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Hər iki şəxsin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılıb. Həkimlərin müdaxiləsindən sonra Şəbnən Qasımova və Aytəkin Göylərovanın vəziyyətləri stabilləşib.