“Bizim arxamızda duranlar var, biz güclüyük” – İçində yaşayış olan binanı kim sökür? - APA TV
Binada yaşamağımıza baxmayaraq söküntü işləri aparılır. Bu sözləri qaynar xəttimizə müraciət edən Nizamı rayonu, Rüstəmov 26 ünvanında yerləşən binanın sakinləri deyir. Onların iddialarına görə uzun müddətdir ki, söküntü işləri aparan “Qismət-M House” MMC ilə problemlər yaşayırlar. Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə uğursuz oldu. Kimin haqlı, kimin haqsız olmasına təbii ki, biz qərar verə bilmərik. Lakin, cavabsız suallarımıza cavab tapmaq üçün məsələyə yenidən qayıdacağıq.
LƏMAN SALEHOVA