Bizim üçün baryerlər qoyulub, onları keçə bilmirik - Namizdələrin etirazı

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması, xarici dillə bağlı əlavə tələblərin qoyulması bir qrup doktorantlar arasında narazılığa səbəb olub. Onlar qoyulan tələblərin həm ağır olduğunu, həm də vaxt itkisinə yol açdığını deyirlər Bundan başqa, şikayətçilər deyir ki, keçid balı 50 sualdan 35 baldır, bu isə 70 faiz göstəricidir. 70 faiz göstərici minimum imtahan üçün isə çoxdur.

 

Şikayətçilər məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, təhsil naziri Emin Əmrullayevə, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə müraciət ünvanlayıblar. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından cavab olaraq bildirilib ki, məsələ ilə bağlı artıq müzakirələr aparılıb, yaxın günlərdə Rəyasət Heyətinin qərarı ilə yekun qərar veriləcək. Qeyd olunub ki, qərarın iddiaçıların xeyrinə, müsbət istiqamətdə həll olunacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv