BMT-dən pandemiya xəbərdarlığı: Dünya hazır olmalıdır
BMT-də qlobal səhiyyənin vəziyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bunu bu gün BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” adlı paneldə bildirib. O vurğulayıb ki, COVID 19 pandemiyası peyvəndlərin ədalətli paylanmasında ciddi problemlərin olduğunu ortaya çıxartdı.
O əlavə edib ki, sentyabr ayında BMT-də pandemiyaya hazırlıq, qlobal səhiyyə sisteminin yaradılması ilə bağlı mövzuların müzakirə olunduğu beynəlxalq konfrans keçiriləcək.