13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

BNA hansı halda cərimə yaza bilməz?

“Anama aptekdən dərman almaq üçün, 1 km uzaqlıqdakı ara küçələrdə maşın saxlayıram ki, cərimə olunmayım”.


APA TV xəbər verir ki, bu sözləri sürücü Tural Nuru deyib. O bildirib ki, aptekdən dərman alarkən şəhər kameraları vasitəsilə dayanma-durma qaydalarını pozduğu üçün cərimə olunub. Lakin sürücü bunun qanunla düzgün olmadığını düşünür: ”Mən qəbul edirəm, orada saxlamaq olmaz. Dayanma-durma qadağandır, lakin qanunla şəhər kamerası ilə cəriməni göndərməkdə düzgün deyil. Bu proses belə olur ki, BNA əməkdaşları gəlib şəkli çəkib, maşının qabaq şüşəsinə qoyub getməlidirlər”.


Məsələ ilə bağlı Bakı Nəqliyyat agentliyi ilə əlaqə saxladıq. Qurumdan yazılı şəkildə bildirdilər ki, sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi, inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir.

Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayev isə deyir ki, sürücü dayanma-durma qaydalarını pozursa, həmin şəxsə BNA əməkdaşı və ya polis yaxınlaşmalıdır. Onlar məsələni dəqiqləşdirib, cərimə yaza bilər. Lakin şəhər kameraları ilə çəkiliş aparmaq hüquqi cəhətdən düzgün deyil: ”Əməkdaş gəlir, fotonu, videonu, çəkir və gedir. Bu qanunidir. Vəzifəli şəxs, BNA əməkdaşı və ya  polis gəlib çəkirsə, problem yoxdur. Amma kamera vasitəsilə çəkilməyi qanunla ziddir. Çünki maşının içində adam olub-olmaması bilinməlidir. Əgər adam varsa xəbərdarlıq oluna bilər ki, sizin burada dayanmağınız qanuna müvafiq deyil. Həmin adamdan qanuna münasibətdə, həmin ərazidən başqa yerə gedib, maşını saxlamasını tələb edə bilər”.


Şamil Paşayev deyir ki, ölkədə maşınların parklanması üçün yeni qanun layihəsi hazırlanmalıdır. Çünki bir çox obyektlərə gəlmək üçün sürücülər bir neçə kilometr uzaqlıqda maşınlarını saxlamalı olurlar. Yerüstü və yeraltı dayanacaqların olmadığı ərazilərdə sürücülərə müəyyən güzəştlərin edilməsi labüddür.


 

 

 

 

Semral Cavad,

Musa Qulammirzəyev,

APA TV

 
 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın