BNA: Müntəzəm və ekspress xətlər üzrə avtobuslar bayram günlərində də işləyəcək

Bayram günlərində müntəzəm və ekspress xətlər üzrə avtobuslar sərnişinlərin xidmətində olacaq.

 

Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır. 

 

Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 

 

31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərin xidmətində olacaq.

Müəllif | Apa.Tv
Apa.tv