BNA sədri koronavirusa yoluxdu

Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.

 

APA TV xəbər verir ki, pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər. Bu zaman Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb, zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşın səhhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.

 

Yeni avtobusların alınmasının şəhər üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Agentliyin test nəticələri neqativ olan əməkdaşları hazırda Türkiyədə səfərdədirlər.

 

Qeyd edək ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv