BNA-nın şöbə müdiri Hikmət Babayev barəsində inzibati tədbirlər həyata keçirilib - RƏSMİ

"Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür".

 

BNA-dan APA TV-yə verilən xəbərə görə, layihənin həyata keçirilməsi nəticəsində, sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. 

 

Bakı Nəqliyyat Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirib və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edib.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin ötən gün efirdə səsləndirdiyi “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirləri böyük etiraza səbəb olub.

 

Müəllif | Apa.Tv
Apa.tv