BNA-nın taksilərlə bağlı açıqlama verən şöbə müdiri işdən çıxarıldı
Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev işdən çıxarılıb.
Bunu APA TV-yə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin 2 gün əvvəl efirdə səsləndirdiyi “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirləri böyük etiraza səbəb olub.