Bob Menendez korrupsiya girdabında – Rüşvəti qızıl külçələr şəklində alıb – APA TV
ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır.
400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi bildirilir.
Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendez ilə işbirliyi etdiyi qeyd olunur. Xatırladaq ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə hal-hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendez 14 sentyabr 2023-cü ildə ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanatı verib.