Bölgələrə qar yağdı, temperatur -14 dərəcə
Ötən gün günorta saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.
Regiona qar yağmağa başlayıb.
Qubanın rayon mərkəzində qarın hündürlüyü 18 sm, Xaltan, Xınalıq kəndlərində 12 sm, Qrızda isə 7 sm olub.
Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarda 8 sm, rayonun Ləzə kəndində isə 15 sm qar müşahidə olunub.
Qarın hündürlüyü Şabranda 5, Xaçmazda 1 sm-ə çatır.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 14 dərəcəyədək enib.