Boris Conson istefa verdi: "Çox kədərliyəm"

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

 

APA TV xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı bildirib.

 

Baş nazir Mühafizəkarlar Partiyasının sədrliyindən və Birləşmiş Krallığın baş nazirliyindən getdiyini bildirib:

 

“Bilirəm ki, bu qərarıma görə, nə qədər adam rahatlayacaq, eyni zamanda, nə qədər adam kədərlənəcək. Bilməyinizi istərdim ki, mən dünyanın ən yaxşı vəzifəsindən istefa verdiyim üçün çox kədərliyəm”, - deyə Conson vurğulayıb.

 

O, yeni lider seçilənə qədər bu gün təyin etdiyi kabinetlə birgə vəzifəsinə davam edəcəyini də açıqlayıb.

 

Boris Conson Britaniyanın Ukraynaya dəstək verməyə davam edəcəyini də açıqlayıb.

 

“Ukrayna xalqına demək istəyirəm ki, biz sizin azadlıq mübarizənizi ehtiyac olduğu müddətdə dəstəkləməyə davam edəcəyik”, - deyə Conson qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv