Boşanmağa hazırlaşan arvadını ata evində bıçaqladı – İMİŞLİDƏ AİLƏ FACİƏSİ

İmişli sakini arvadını və özünü bıçaqla qətlə yetirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 1 radələrində, İmişli şəhəri 28 may  küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, gecə saat 1 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu keçmiş həyat yoldaşı  1988-ci il təvəllüdlü Mustafayeva Turan Vaqif qızınının ata evinə gəlib və ona 9 bıçaq zərbəsi endirərək qətlə yetirib. Cinayəti törətdikdən sonra Mehbalı Əhmədov özünü də bıçaqlayıb. Sonuncu aldığı bıçaq xəsarətlərindən səhər saat 5 radələrində qanaxmadan dünyasını dəyişib.

Qeyd edək ki, Mehbalı Əhmədov və Turan Mustafayeva evli olduqları müddətdə bir-neçə dəfə ayrılıb barışıblar. Sonuncu dəfə məhkəməyə müraciət edən Turan Mustafayevanın boşanma prosesi məhkəmənin icraatında olub. Onların birgə nigahından bir övladları da var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv