BQXK-ın avtomobilləri Ermənistandan Xankəndiyə qayıdıb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Yoldan səhər saatlarında Laçın yolu ilə Ermənistana gedən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd minik maşını Xankəndi istiqamətinə geri qayıdıb.

Onlar gələn zaman dərman ləvazimatları da gətiriblər.

Müəllif | Apa.Tv
Apa.tv