17:47 29 noyabr 2022 375
Ana səhifə Xəbərlər

BQXK Naftalanda jurnalistlər üçün məlumat sessiyası keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Naftalanda münaqişənin təsir etdiyi ərazilərdə işləyən jurnalistlər üçün məlumat sessiyası təşkil edib.

 

Tədbirdə bölgədə çalışan jurnalistlər iştirak edib.

 

Sessiyada qeyd edilib ki, komitə Azərbaycanda 1990-cı ildən sonra işə başlayıb. Bu zamana qədər olan dövrdə BQXK-nın regiondakı fəaliyyəti, saxlanılan şəxslərlə aparılan işlər haqda məlumat verilib. Həmçinin itkin düşmüş şəxslərin axtarışlarında BQXK-nin rolundan bəhs olunub. Qeyd olunub ki, münaqişə ilə bağlı 90-cı illərdən sonra regionda təqribən 4500 itkin düşmüş şəxs var. Onların 3800 nəfəri BQXK-nın Bakı və Bərdə ofisləri tərəfindən qeydiyyata alınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın