BQXK-nın Ağdam yolu ilə apardığı yük Xankəndiyə çatıb, paylanılıb
Ağdam-Xankəndi yolundan növbəti maneəsiz keçid təmin olunub. Beynəlxalq qızıl xaç komitəsinə məxsus 1 yük, 2 minik avtomobili Ağdam ərazisindən keçərək Xankəndinə doğru hərəkət edib. Qarabağda yaşayan erməni əsilli sakinlərə, humanitar yardım aparan avtomobillərə işğaldan azad olunan ərazilərdə heç bir maneə yaradılmayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb. Yük artıq paylanılıb. Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub. Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb. Emin Babayev, APA TV