Braziliyada leysan yağış 84 nəfərin həyatına son qoyub
Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
APA -nın məlumatına görə, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Regionun qubernatoru Paulu Kamaru təbii hadisə zamanı daha 56 nəfərin itkin düşdüyünü bildirib.
Həmçinin 4 minə yaxın insanın evsiz qaldığı bildirilir.