Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı Şahzadə Filip vəfat edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Kral ailəsi məlumat yayıb.

 

“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin kədərlə elan edir. Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib", - deyə Kral sarayının məlumatında qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv