Britaniya mətbuatından nüvə xəbərdarlığı: “İl-80” Moskva səmalarında

“Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə ilə bağlı Qərbə xəbərdarlıq siqnalı göndərib”.

APA TV xəbər verir ki, bu iddia İngiltərənin “The Daily Mail” nəşrində yayımlanan məqalədə  yer alıb.

Qeyd olunub ki, son günlər Moskva səmasında tez-tez nüvə başlıqları daşıyan “Qiyamət günü” adlandırılan “İl-80” təyyarəsinin görünməsi buna sübutdur.

Britaniya qəzeti xatırladır ki, nüvə müharibəsi başlayarsa, bu təyyarə Rusiyaya üstünlük imkanı verəcək.

Kremlin yaydığı xəbərdə isə bildirilir ki, mayın 9-da keçiriləcək paradda “Qiyamət günü” də iştirak edəcək. Məşhur “İl-80”-in Moskva üzərində alçaq uçuşda şou göstərəcəyi bildirİlir.

 

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv