Britaniya MN: Rusiya Ukraynada 450 hərbçisini itirib

Rusiya müharibənin ilk günü hərbi məqsədlərinə çata bilməyib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, Ukrayna Ordusu Rusiya bölmələrinin Çerniqov istiqamətində hücumunu dəf edib, lakin döyüşlərin şəhər ətrafında davam etdiyi ehtimal edilir.

 

Kəşfiyyat məlumatında o da bildirilib ki, Ukrayna Ordusu cəbhənin bütün cinahları boyunca Rusiya qoşunlarına şiddətli şəkildə müqavimət göstərib.

 

Məlumatda Rusiya hərbçilərinin Çernobıl Atom Elektrik Stansiyasının ərazisini işğal etdiyi və stansiyanın əməkdaşlarının saxlanıldığı qeyd olunub.

 

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə Rusiya Ordusunun Ukraynaya hərbi müdaxilə zamanı 450 hərbçisini itirdiyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv