Britaniya müdafiə naziri: “Rusiyaya qarşı döyüşməyəcəyik”

Ukraynanın paytaxtı Kiyevdə müdafiə vəziyyəti elan olunub.

 

APA TV Korrespondet.net saytına istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko elan verib.

 

O, şəhər sakinlərindən su və ərzaq tədarükü görməyi, sığınacaqlarda gizlənməyi xahiş edib: “Şəhəri müdafiə etmək gücündə olan hər kəsi döyüşçülərə yardım etməyə çağırıram”, - deyə Kliçko bildirib.

 

Ukrayna Daxili İşlər Nazirliyi isə Ukrayna hərbçilərinin və döyüş texnikasının şəhərə daxil olduğunu, şəhər sakinlərindən texnikanın hərəkətini çəkməməyi xahiş edib.

 

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə BBC-yə müsahibəsində Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşməyəcəyini bildirib.

 

O, bunun Avropa müharibəsinə səbəb olacağını, buna görə də Böyük Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcəyini təsdiqləyib.

 

“Ukrayna NATO-ya daxil deyil, Böyük Britaniya əsgərlərinə hücum alyansa hücum kimi qiymətləndiriləcək”, - deyə nazir qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv