Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub
Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub.
APA TV-nin BBC-yə istinadən verdiyi xəbərə görə, baş nazirin COVID-19 testi pozitiv çıxıb.
Məlumata görə, baş nazir vəzifəsinin icrasını karantin vəziyyətində davam etdirəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Şahzadə Çarlzın da koronavirusa yoluxduğu açıqlanıb.