18:05 9 avqust 2022 1131
Ana səhifə Xəbərlər

Bu bankomatdan pul çıxarmaq üçün özünüzlə pilləkən gətirməlisiniz

Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan video hər kəsin diqqətini özünə cəlb etdi. Daha dəqiq desək diqqət çəkən video yox, həmin kadrlardakı ATM idi. Videodan da aydın görünür ki, ATM-dən pul çıxara bilmək üçün ya boyun 3-4 metrə çatmalıdır, ya da pul çıxarmağa gedəndə özünlə pilləkən aparasan.

 

Axtarıb-araşdırıb öyrəndik ki, bu ATM Masallı rayonunda yerləşir.

APA TV– nin cənub bürosunun verdiyi məlumata görə, Beynəlxalq Bankın Masallı filialına aid olan ATM, şəhərin Heydər Əliyev prospektində, alış - veriş mağazasının qarşısında quraşdırılıb. İlk baxışdan görünən odur ki, mağazaya gedən yol heç də ATM - ə aparmır. Pillələri qalxıb ATM - ə yaxınlaşa bilərsən, amma pul çıxarmaq üçün gərək aşağıda da dost - tanışdan biri ola ki, birdən pulun yerə düşsə ərazidən ziyanla ayrılmayasan. Yaranmış vəziyyətlə bağlı sakinlər fikirlərini öyrəndik.

 

ABB mətbuat xidməti də görüntü ilə bağlı kanalımıza açıqlama verib. Xidmətin rəhbəri Yadigar Cəfərli bildirib ki, görüntü bankomatın quraşdırılması mərhələsində çəkilib:

“ABB bu bankomatı ötən həftəsonu quraşdırılıb və hələ işə salınmayıb. Ümumiyyətlə deyim ki, hansısa məkanda yeni bankomat quraşdırılarkən şəraitdən asılı olaraq, bəzən qurğu özü yerləşdirilir ardınca onun hündürlüyünə uyğun pilləkan montaj edilir ki, yəni istifadə zamanı tam rahat olsun. Bu video isə bankomatın quraşdırılması mərhələsində çəkilib.”

 

Xidmətin rəhbəri bildirib ki, yaxın günlərdə bankomat istifadəyə tam hazır olacaq.

 

Rövşən Almazoğlu

APA TV

Masallı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın