Bu bayramların TARİXİ dəyişdirildi
Bakı metropoliteni işçilərinin peşə bayramının vaxtı dəyişdirilib.
APA TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” 2006-cı il 28 oktyabr tarixli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib.
Dövlət başçısının digər sərəncamı ilə “Turizm işçiləri günü” peşə bayramının da tarixi dəyişdirilib.
Sərəncama əsasən, turizm işçilərinin günü sentyabrın 27-dən 29-a keçirilib.