Bu bölgəmizdə mənfi 10 dərəcə şaxta düşdü - QAR YAĞIR

 

Şimal bölgəsinin yüksək dağlıq yaşayış məntəqələrinə qar yağıb.

APA TV-nin şimal bürosunun məlumatınaa görə, Qubanın Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 sm çatıb. Dağlıq bölgədə temperature -9 -10 dərəcəni göstərir.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 10 sm, temperatur isə mənfi 10 dərəcə olub.

 

Qar yağan ərazilərdən görüntülər social şəbəkələrdə paylaşılıb. Ötən gecədən səhərədək Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.

Hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

 

Müəllif | Apa.Tv
Apa.tv