Bu ərazilərə QAR YAĞDI

Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb.

 

Bu barədə APA TV-yə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


Qeyd olunub ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.

 

Müəllif | Apa.Tv
Apa.tv