14:30 24 noyabr 2022 71
Ana səhifə Xəbərlər

Bu ərazilərə yağış yağacaq, duman olacaq – PROQNOZ

Noyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman və çiskin olacaq, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 9-12, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-12° isti olacaq.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın