Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxub
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 59, işçi heyətinin sayı 4 olub.
Bu gün virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı isə 6 nəfər təşkil edib.