Bu gün Füzulidə Füzuli şəhəri günü qeyd edilir

 

Ürəkləri cuşa gətirən bu sədalar Qarabağdan, Füzulidən gəlir. Çünki bu gün Füzulinin günüdür, bu gün Füzuli sakinlərinin günüdür. Çünki bu gün ilk dəfə bu şəhərdə Füzuli Şəhəri Günü qeyd edilir. Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. İndi doğma yurduna geri qayıdan, Füzulidə yenidən həyat quran sakinlər böyük bir sevinlə bu günü bayram edir. 2023-cü ilin sonu, 2024-cü ilin I rübünə qədər Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. Emin Hüseynov Füzuli şəhəri günü münasibəti ilə Füzuliləri təbrik edib: "Bu cür bayram tədbirləri ildən-ilə daha da möhtəşəm keçiriləcək"-deyə, o qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv