Bu gün koronavirusa yoluxan şagird sayı 11, işçi heyətinin sayı isə 3-dür

Bu gün Azərbaycanda koronavirusla bağlı 3 sinif və 1 məktəb distant təhsilə keçirilib.

Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata, distant təhsildən əyani təhsilə keçirilən siniflərin sayı 2-dir.

Ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 28, məktəblərin sayı 2-dir.

Bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi heyətinin sayı 2 olub.

Bu gün koronavirusa yoluxan şagird sayı 11, işçi heyətinin sayı isə 3-dür.

 

Müəllif | Apa.Tv
Apa.tv