Bu idman növü gənclərin intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə stolüstü tennis çempionatı keçirilib. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 15 komandasından 60-a yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, bu idman növü gənclərin həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir. Oyundan sonra çempionatda uğur qazanan komandalar və iştirakçılar təltif olunublar. 3 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Sonda qaliblər kubok, diplom və medalla təltif olunublar.
Ləman Salehova, APA TV