Bu işə qadınlar da cəlb olunacaq

Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib.

 

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri jurnalistlərə açıqlamasında Vüqar Süleymanov deyib.

 

O bildirib ki, hazırda proses seçim mərhələsidir: "Qadınlar ərazilərdə minaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar".

Müəllif | Apa.Tv
Apa.tv