Bu kəndin cavanları ya “alverçi” olur, ya da biznesmen

Araz çayının sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşən Dəstə kəndindəyik. Ordubadın ən böyük yaşayış məntəqələrindən biri olan Dəstədə kəndi başqa kəndlərdən seçilir. Bu kəndin özünün xeyriyyə fondu var. Kəndin cavanlarının əksəriyyəti başqa ölkələrdə çalışır və hər il qazandıqları gəlirin müəyyən hissəsini kəndin xeyriyyə fonduna bağışlayırlar. Fonda toplanan pullar kəndin abadlığı üçün xərclənir. İki ildir fəaliyyət göstərən bu fonda yığılan pulların miqdarı nə az, nə çox - 100 min manatlarladır. Dəstəlilər təkcə bu il Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə 120 min manatdan çox yardım ediblər. Bu kənd həm də “alverçilər” kəndi kimi tanınır. Deyilənə görə, kend camaatının əksəriyyəti “alverçi” olur. Cavanların 80 faizi pul qazanmaq üçün Rusiya bazarlarına üz tutur, ticarət sahəsində böyük və kiçik bizneslə məşğul olurlar. Kəndin özünəməxsus adətləri isə hələ də unudulmur və qorunur. Bu kənddə hərbi xidməti başa vurub gələn gənclər üçün toy çadırları qurulur və bütün kənd camaatı orada iştirak edir. Dəstəlilər həm də həm də çox qonaqpərvərdir. Bu isə bütün Ordubada xas olan adətdir.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv