Bu məktəbdə 320 şagird təhsil alacaq

 

Qax şəhərindəki Vaqif Əliyev adına 3 saylı tam orta məktəb 1950-ci ildə inşa olunduğundan istifadəyə yararsız vəziyyətə düşmüşdür. Heydər Əliyev Fondunun bu ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər artıq yekunlaşıb və təhsil ocağı yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Üç mərtəbə və üç korpusdan ibarət olan təhsil müəssisəsi 320 şagird yerlikdir. Məktəbdə yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Təhsil müəssisəsində açıq idman meydançası da qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb. Vüqar Heydərov, Əhməd Fərrüxoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv